12 aprel tarixində Portal Games öz fəaliyyətinin 7 illiyini qeyd etdi. Bu yol 2015-ci ildə, ilk filialın açılması ilə başladı. İlk açılan filial Ayna Sultanova filialı idi və burada eyni anda iki oyun – “Mişar” və “Bunker” qapılarını qonaqların üzünə açdı.
Bu oyunlar Portal Games-in qorxu və macəra dünyasında atdığı ilk addımlar oldu və qısa müddətdə böyük maraq qazandı. Elə həmin gündən etibarən Portal Games fərqli konseptlər, daha güclü atmosfer və unudulmaz təcrübələr yaratmağı qarşısına məqsəd qoydu.
Bu 7 il ərzində Portal Games sadəcə oyunlar yaratmadı, minlərlə insan üçün xatirələr formalaşdırdı.
Ayna Sultanova filialından sonra Sahil filialı fəaliyyətə başladı. Bu filialda “Drakula” və “Dəlixana” oyunları təqdim olundu və Portal Games-in oyun xəritəsi daha da genişləndi. Üçüncü olaraq açılan 5 mərtəbəli filial isə eyni anda iki yeni oyunla – “Zülmət” və “Ev” – qonaqları qarşılayırdı.
İllər keçdikcə yeni filiallar və yeni oyunlar ard-arda açıldı. Ən son təqdim edilən oyunlardan biri isə çoxlarının səbirsizliklə gözlədiyi “Squid Game” oldu. Bu oyun digər layihələrimizdən tamamilə fərqlənir və iştirakçılara serialı izləyərkən yaşanan bütün emosiyaları real olaraq hiss etdirmək üçün hazırlanıb.
Bununla da kifayətlənmədik. Hazırda Axundov filialında “Lənət”, AF Mall filialında isə “Rahibə” oyunları da fəaliyyət göstərir. Bu gün etibarilə Portal Games 10 filial və 26 fərqli oyunla fəaliyyətini davam etdirir və tezliklə yeni oyunlar da qonaqların ixtiyarına veriləcək.