Portal Games bu dəfə tələbə həyatının mərkəzində — Xəzər Universitetində keçirilən “NosArt” Halloween konsertinin təşkilatçılarından biri oldu! 🎃👻
Qorxu, əyləncə və musiqinin bir araya gəldiyi bu gecə universitet tələbələri üçün əsl bayram ab-havası yaratdı.
Gecə boyu səhnədə səslənən musiqilər tələbələri ritmlə coşdurarkən, Halloween atmosferi tədbirə xüsusi mistik aura qatdı. Portal Games-in iştirakı isə bu əyləncəni daha da unudulmaz etdi.
Əyləncə varsa, deməli, orada Portal Games də var!
Konsert zamanı tələbələr Portal Games-in hazırladığı sürpriz hədiyyələr ilə sevindirildi və gecə boyu davam edən əyləncənin bir parçasına çevrildilər. Musiqi, qorxu elementləri və sürprizlər bir araya gələrək yadda qalan anlar yaratdı. 🎁🔥
Portal Games olaraq biz yalnız oyun otaqlarında deyil, gənclərin olduğu hər məkanda əyləncə və pozitiv enerji yaratmağa davam edirik.
Çünki qorxu, əyləncə və musiqi bir araya gələndə — nəticə həmişə unudulmaz olur! 💀🧡